“Ailələr, talelər”in aparıcısı: “İnsanların həyatından şou yaradırlar” – VİDEO

17:25

16 May

lady gaga

Əməkdar artist, 10 il ərzində “Ailələr, talelər” verilişinin aparıcısı və müəllifi olan Nailə İslamzadə “Cavan” Tv-nin qonağı olub.

N.İslamzadə bir zamanlar teleməkanın ən baxımlı layihələrindən olan verilişi haqda danışıb:

“Ara-sıra proqramı bərpa etmək haqda təkliflər olub. Hətta telekanallardan birində komanda belə yığılırdı. Amma gördüm ki, ürəyim istədiyim kimi edə bilməyəcəyəm. Bir yerdəki pul var, maddiyat güdürlər orada heçnə alınmaz. Hər şeyi pula satmaq olmaz axı. Bunları qəbul etmədiyim üçün başlamadıq.

Əgər hər şey mən istədiyim kimi olsa, təbii ki, davam edərəm. Əgər başqa formada etsəm indiyədək qazandığım bütün hörməti itirərəm”.

Nailə İslamzadə hazırkı teleaparıcıları qınayaraq onları insanların həyatından şou yaratdıqlarını deyib:

“Birmənalı olaraq bəyəndiyim verilişlər yoxdur. Bəzi şeylər var ki, xoşum gəlir. Həmkarlarımın hamısının xətri əzizdir. Amma tam bəyənirəm demək olmaz. Səhvləri var. Qeyd etdiyim səhvlər qeyri-səmilik, dilimizin qorunmaması, yad terminlərin istifadə olunması, vurğuların düzgün vurulmaması, türk aksenti ilə danışmaq və özünü hamıdan ağıllı hesab etməkdir.

Aparıcı qonağı və tamaşaçı ilə hörmətlə danışmalıdır. Həmin adamlar verilişə öz dərdləri ilə gəlirlər. Onların üzərində şou yaradılcağını bilmirlər. “insanların həyatından şou yaradırlar” ifadəsini ilk dəfə məhz mən işlətmişəm. Daha sonra hər yerə yayıldı. Bəli, televiziya şou tələb edir. Amma sən o şounu əvvəlcədən qurmalısan. Bunu dərdli insan üzərində etmək olmaz”.

Teymur Məmmədov

Sizə maraqlı ola bilər