Ajda Pekkanın Bakı konsertindən – FOTOLAR

21:52

13 Yanvar

Xəbər verdiyimiz, kimi Türkiyənin super starı Ajda Pekkan “Nargis” jurnalının 5 illiyi münasibəti ilə Heydər Əliyev Sarayında solo konsert proqramı ilə çıxır edir.

 

lady gaga

Anşlaqla davam edən konsertə yerli məşhurlarımız da qatılıb.

 

Gecədə xalq artisti Fəxrəddin Manafov, Aygün Kazımova, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Nərgiz Cəlilova, Mehriban Zəki, müğənnilər Miri Yusif, Murad Arif və başqaları iştirak edir.

 

Səhnəyə çıxan məşhur müğənni iki mahnı ifa etdikdən sonra zalda əyləşənləri Azərbaycan dilində salamlayaraq Bakıda olduğu üçün özünü xoşbəxt hiss etdiyini bildirib.

 

Pop ulduzu daha sonra paytaxtımızı gəzərkən sakinlərin ondan konsertdə ifa etməsini istədikləri mahnıların olduğunu bildirib.

 

Repertuarını bu istəklərə görə tərtib etdiyini bildirən Ajda Pekkan sevilən mahnılarından ibarət popuri səsləndirib.

 

Sənətçi səhnədə Sevil Əliyevaya məxsus “Ana” mahnısını da ifa edib.

 

Konsert hazırda davam edir.

 

Teymur Məmmədov

 

Foto: Nurlan Gülməmmədov

 

Sizə maraqlı ola bilər