Alimlər xərçəng hüceyrələrini məhv edən nanorobotlar hazırlayıb – VİDEO

21:42

13 Fevral

Bədxassəli şiş xəstəlikləri durmadan artır. Hər il dünyada təxminən 6 milyon yeni belə hal qeydə alınır. Səbəblərdən biri post-sənaye ölkələrində yaşayan əhalinin yaşlanmasıdır. Belə ki, şişlər yaşı 50-ni ötmüş insanlarda  daha çox inkişaf edir. Bu halda onkoloji xəstəliklərdən əziyyət çəkən hər ikinci şəxsin yaşı 60-ı ötüb. Dünyada xərçəngdən dünyasını dəyişənlərin sayı ürək-damar və tənəffüs yolları xəstəliklərindən sonra üçüncü yeri tutur.

 

lady gaga

ABŞ-ın Arizona Universitetinin alimi Xao Yan tərəfindən öz həmkarları ilə birgə hazırlanmış nanorobotlar xərçəng hüceyrələrini məhv etmək qabiliyyətinə malikdirlər. Avtonom işləyən bu robotlar bəzi tip dərman preparatlarını şişlərin daxilinə yüksək dəqiqliklə çatdıra bilirlər.

 

Heyvanlar üzərində aparılmış sınaqlar seçilmiş metodun təhlükəsizliyini təsdiq edib. Onkoloji xəstəliklərdən əziyyət çəkən heyvanların orqanizminə nanorobotlar yeridildikdə nəticə müsbət olub: alimlər 8 gəmiricidən 3-nü  xilas edə biliblər. Digərlərində, həmçinin ömrün uzunluğu xeyli artıb.

 

\\ICTnews

Sizə maraqlı ola bilər