Alimlərdən yenilik: insanın hərəkəti nəticəsində enerji əldə olunacaq

22:57

17 Oktyabr

lady gaga

Çin alimləri tərəfindən hazırlanmış yeni nanogenerator insanın hərəkəti nəticəsində əldə olunan enerji ilə fərdi daşınabilən elektron qurğuları fasiləsiz təmin etmək qabiliyyətinə malikdir.

 

Primetime.az “ICTnews”a istinadən xəbər verir ki, bir qayda olaraq, daşınabilən elektron qurğular tez-tez enerji doldurulması və ya batareyanın dəyişdirilməsini tələb edir. Sözügedən qurğuların ekoloji və uzunmüddətli elektrik enerjisi ilə təmini, həmçinin onlar üçün elastik, rahat və yuyulmağa dayanıqlı enerji mənbələrinin yaradılması aktual məsələ olaraq qalır.

 

Çjençjousk Universitetinin alimləri hidrofob nanolifdən yuyulmağa davamlı daşınabilən nanogenerator düzəldiblər. Yeni hazırlama parça strukturuna malikdir və geyimə bərkidilir. O, insanın hərəkəti nəticəsində əldə edilən mexaniki enerjini elektrik enerjisinə çevirmək qabiliyyətinə malikdir.

Sizə maraqlı ola bilər