Alış-veriş edərkən diqqətli olun: Bakıda minlərlə manat saxta pul hazırlayanlar tutuldu – VİDEO

22:53

14 Fevral

Kirayə qaldıqları evdə saxta pul hazırlayıb satmaq istəyən şəxslər tutulub.

 

lady gaga

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Məmmədovun tanışı Nicat Orucovla birlikdə saxta pul əsginazları hazırlamaları və satmaları barədə əməliyyat məlumatı daxil olub. Əməliyyat nəticəsində dəstə üzvləri 11 min 700 saxta manatı 2 min 900 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar.

 

Əməliyyat tədbirlərinin davamı olaraq, saxlanılan şəxslərin qaldıqları mənzilə də baxış keçirilib. Oradan əlavə olaraq 4 min 900 manatlıq saxta əsginaz, saxta pul hazırlamaq üçün istifadə olunan avadanlıqlar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb. İlkin ifadələrində həmin şəxslər saxta əsginazları satmaq, həmçinin paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə istifadə etmək niyyəti ilə hazırladıqlarını etiraf ediblər.

 

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, istintaq davam etdirilir.

 

\\Xezerxeber

Sizə maraqlı ola bilər