Allahı təhqir edən müəllim ölkədə gərginliyə səbəb oldu, saxlanıldı – VİDEO

21:52

6 Dekabr

lady gaga

Türkiyənin Tekirdağ şəhərində qalmaqallı hadisə yaşanıb.

 

Primetime.az xəbər verir ki, Allahı təhqir edərkən çəkdiyi videosunu sosial şəbəkədə paylaşan müəllimin hərəkəti ölkədə böyük gərginliyə səbəb olub.

 

Bildirilir ki, bunu şəhərin Muratlı bölgəsindəki bir liseydə idman müəllimi işləyən C.D.K. adlı şəxs edib. Türkiyə Qurtuluş Savaşının öndəri, Türkiyə Respublikasının banisi və ilk prezidenti Mustafa Kamal Atatürkü təhqir edənlərə əsəbləşən müəllim baş verənlərə bu cür reaksiya göstərib.

 

Çoxsaylı şikayətlərdən sonra hərəkətə keçən polis sözügedən müəllimi saxlayıb. Türkiyə mətbuatında yazılanlara görə, onun 6 aydan 1 ilə qədər həbs cəzası gözləyir.

Sizə maraqlı ola bilər