Almaniya da üçüncü cinsi qanuniləşdirdi

20:57

15 Avqust

lady gaga

Üçüncü cins hesab edilən “interseksual” daha bir ölkədə qanuniləşdirilib.

 

Xarici KİV-də yer alan məlumata görə, bu addımı Almaniya hökuməti atıb. Belə ki, hökumət vətəndaş vəziyyətinin qeydiyyatı kitablarına üçüncü cinsin daxil edilməsi barədə sərəncam verib. Bununla da, Almaniyada “kişi” və “qadın” cinsindən əlavə “interseksual” cins də olacaq.

 

Qeyd edək ki, dünüyada üçüncü cinsi hüquqi cəhətdən tanıyanlar arasında Amerika Birləşmiş Ştatları, Avstraliya, Yeni Zelandiya,  Kanada, Hindistan, Pakistan və Nepal kimi ölkələr var.

Sizə maraqlı ola bilər