Altı ölkənin qadınları TÜRKAP-da birləşdi-FOTOLAR

15:55

7 Sentyabr

lady gaga

Türkiyənin Qadın Radiosu olan “Lady Radio”nun təşkilatçılığı ilə 6 ölkədən olan dövlət və hökumət nümayəndələri, QHT fəalları Türk Dünyası Qadın Platformunun (TÜRKAP) İstanbulda keçirilən I Forumunda bir araya gəliblər.

Türk Dünyası Qadın Platformunun qurucuları İlhamə Novruzova və Zaid Nəhmətov iştirakçıları salamladıqdan sonra, Ankara Klubu Qadın Qolları sədri Handan Kayakökünün təqdimatı ilə üzv ölkənin aktual qadın mövzularına dair informasiya paylaşımı olub. Çıxışçılar Platforumla bağlı gözləntilərini bildiriblər. Forumun davamında  6 ölkə təmsilçisindən ibarət olan İdarə Heyəti  seçilib. Avcılar Bələdiyə sədri Handan Toprak Türkiyə adından İH-nə qəbul edilib. 30 iştirakçı Qurucu Üzv, Millət vəkilləri isə fəxri üzv olaraq, Niyyət Protokolunu imzalayıblar.

TÜRKAPın bundan sonrakı hədəflərinə gəlincə,  ortaq sosial-mədəni tədbirlərin təşkili, qadın dayanışmasının sərhədlərini genişləndirmək, türk dünyası qadınları arasında dialoqu artırmaq, tarixdən gələn qardaşlıq bağlarını daha da gücləndirməkdir. TÜRKAPın Qurucu sədri İlhamə Novruzovanın açıqlamasına görə, 5 dekabr 2018 – ci il tarixində Qadın Haqları günündə Türk dünyasının bütün ölkələrindən olan 200 qadının iştirakı ilə Genel Forum reallaşacaq və möhtəşəm mərasimdə “İlin Qadını” Mükafatları sahiblərini tapacaq.

Sizə maraqlı ola bilər