Amaliya Pənahova ilə vida mərasimi keçirilib – FOTOLAR

11:58

9 Noyabr

lady gaga

Xəbər verdiyimiz kimi, Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi keçirilib.

 

Primetime.az xəbər verir ki, mərasimə media nümayəndələri, onun sənət dostları, Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev və başqaları qatılıb.

 

Xalq artisti Valeh Kərimov Amaliya Pənahova haqda danışarkən bildirib ki, onun özünəməxsus yeri var:

 

“Çox çalışqan biri idi. Hər adam onun etdiklərini edə bilməz. O, Bələdiyyə teatrını yaradan şəxsdir. Onun ürəyi çox böyükdür. Allah ona rəhmət etsin”.

 

Amaliya Pənahova ilə vida mərasiminə qatılan Xalq artisti Nurəddin Mehdixanlı sənətçi barədə bunları deyib:

 

“Amaliya Pənahovanın yeri hər zaman görünəcək. Sənət fədaisi idi. Tək özü üçün yaşamadı”.

 

Xalq artisti Azərpaşa Nemətov da öz növbəsində Amaliya xanıma rəhmət diləyib:

 

“Dövrümüzün ən mükəmməl aktirsası idi. Bu bizim üçün çox ağrılıdır. 10 gün qabaq onunla görüşüb, teatrı gəzmişdik. Həmişə çalışırdı ki, nəsə eləsin. Onun buraxdığı izlər təkrarolunmazdır. Amaliyanı cavanlıqdan tanıyırdım. Onun “Nargilə” obrazı bütün sevənləri sarsıtmışdı. Onu rejissor Tofiq Kazımov kəşf etmişdi. Biz onunla tez-tez zəngləşir, danışırdıq. Ona deyirdim ki, AzDrama sənin sənin doğma teatrındır.

O, hərbi bölgələrdə öz kollektivi ilə tamaşalar oynayırdı. Sakit dayanmırdı, bu, Milli Məclisdə deputat olduğu dövrdə də belə idi. Həm rejissor, həm aktrisa kimi çox böyük idi. Bunlar yaddaşımızdadır. İllər keçəcək, oynadığı tamaşalar, filmlər yenə də göstəriləcək. Onun böyük sənəti əbədiyyətdə də özünə yer tapacaq. O, böyük bir dövrün, epoxanın sənətkarıdır. Ailə üzvlərində başsağlığı verirəm. Bu gün hamı məyusdur. Son dəfə onu bu səhnəyə çıxardıq. Ruhu şad olsun!”

 

Əməkdar artist Elxan Qasımov da mərhum sənətkar barədə fikirlərini bölüşüb:

 

“Amaliya Pənahovadan bir daha gəlməyəcək. Şübhəsiz ki, onun yeri cənnətdir. Onu hamı çox sevir”.

 

Xalq artisti Hacı İsmayılov onun xəstə ola-ola onun səhnəyə çıxdığını və tamaşanı təşkil etdiyini bildirib: 

 

“Ayın 31-i o tamaşa təşkil etdi. Bilirsiniz, bu hər adama nəsib olmur. O, axıra kimi bu teatrı yaşatdı. Son nəfəsinə kimi. Xalqın Amaliya xanıma olan sevgisi bəllidir”.

 

Sərvər Mehtiyev

 

Sizə maraqlı ola bilər