Ana ilə 5 yaşlı uşağı dəm qazından boğulub öldü – Sumqayıtda FACİƏ

21:18

11 Yanvar

lady gaga

Sumqayıt şəhər Corat qəsəbəsində ana və oğlu dəm qazından boğulublar.

 

Primetime.az “Qafqazinfo”a istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Allahverdiyeva Gülan Rövşən qızı və oğlu, 2014-cü il təvəllüdlü Allahverdiyev Rəşad Bayramqulu oğlu yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

 

Hazırda Sumqayıt Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerindədir.

 

Hər iki şəxsin meyiti Sumqayıt şəhər Xəstəxanasının morquna gətirilib.

 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Sizə maraqlı ola bilər