DƏHŞƏT: Ana yeni doğulan körpəsini zibil qutusuna atdı – FOTOLAR

20:49

12 İyun

lady gaga

Taylandda dəhşətli hadisə baş verib.

 

Primetime.az xəbər verir ki, ölkənin Samut Prakan şəhərində 29 yaşında olduğu bildirilən Varaporn adlı qadın yeni doğulan övladını ona baxacaq imkanı olmadığı üçün zibil qutusuna atıb. Verilən məlumata görə, uşaq 4 saat boyunca zibil qutusunda qalıb. İşçilər tərəfindən tapılan uşaq nəzarət altına alınıb.

Polis əməkdaşları tərəfindən saxlanılan qadın 4 uşağının olduğunu və onlara baxacaq imkanı olmadığı üçün yeni doğulan körpəsini zibilliyə atdığını etiraf edib.

 

Həyat yoldaşının başqa bir şəhərdə sürücü olaraq işlədiyini, uşağı evin tualetində dünyaya gətirdikdən sonra başqaları götürər deyə zibilliyə atdığını bildirən Varaporn qətiyyən uşağa zərər vermək və ya öldürmək niyyətinin olmadığını qeyd edib.

 

Faktla bağlı araşdırma davam edir.

 

Sizə maraqlı ola bilər