Anasını öldürüb, namusunu ləkələdi – Türkiyədə DƏHŞƏT

20:26

12 Sentyabr

lady gaga

Türkiyənin Bursa şəhərində tükürpədici cinayət hadisəsi baş verib.

 

Primetime.az xəbər verir ki, 48 yaşlı Tülin Beygirci adlı qadının meyidi evində aşkar edilib. Polis, qadının Dənizli şəhərində təhsil alan oğlu Bərkəyə zəng edərək, anasının öldüyünü xəbər ediblər. Lakin peşəkar polislər, oğlanın danışıqlarından şübhələniblər və onu sorğuya alıblar. Sorğunun nəticəsində oğlan anasını 50 dəfə bıçaqlayaraq öldürdüyünü etiraf edib.

 

Bərkə, anasıyla daima dalaşdığını deyib. O hətta, kursda qaldığı üçün anasına magistrda oxuyacağı yalanını da söyləyib. Bundan sonra qadın oğlunun yanına köçməyə qərar verəndə, təzyiq altında qalan Bərkə evə gələrək anasını öldürüb. O, diqqəti yayındırmaq üçün, anasının qanıyla aynaya “Məhlənin də namusu var” yazısını yazıb. Lakin onun bu cəhdləri boşa çıxıb.

Qeyd edək ki, qadının işə gəlmədiyindən şübhələnən iş yoldaşlarının müraciəti əsasında onun meyidi aşkar edilmişdi.

Sizə maraqlı ola bilər