ANS-in sabiq əməkdaşı “Xalqın şairi” müsabiqəsində finala çıxdı – FOTO

21:02

2 Dekabr

ANS telekanalının sabiq əməkdaşı Mehman Rəsulov “Xalqın Şairi” şeir yarışmasında finala çıxıb.

 

lady gaga

ANS-in sabiq idman jurnalisti ARB telekanalında yayımlanan “Xalqın Şairi” müsabiqəsində yarımfinaldan uğurla keçməklə ən güclülər arasına vəsiqə qazanıb. Final görüşü gələn ilin əvvəllərində keçiriləcək.

 

Qeyd edək ki, hazırda ARB-də III turun görüşləri göstərilib. Ayın sonlarında isə yarımfinallardan görüntülər təqdim ediləcək.

 

Xatırladaq ki, Mehman Rəsulovun əvvəlki iş yeri “Neftçi” futbol klubu olub. O, paytaxt təmsilçisində İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsində çalışıb.

 

Sizə maraqlı ola bilər