Arda Turan müğənninin burnunu sındırmasından danışdı: “Halallaşdıq”

11:46

11 Oktyabr

lady gaga

Keçdiyimiz günlərdə müğənni Berkay Şahinin burnunu sındıran futbolçu Arda Turan verdiyi açıqlamalarda müğənninin həyat yoldaşı olan Özlem Ada Şahinə qarşı hər hansı bir əxlaqsız davranış etmədiyini bildirib.

 

Primetime.az xəbər verir ki, A. Turan baş verən hadisə ilə bağlı “O xanım (Özlem Ada Şahin) və dostları yan masada əylənirdi. Bir saat sonra məkana Berkay gəldi. Yanıma gəlib “səninlə sabah görüşək” dedi. Mən də “yaxşı, Berkay, danışarıq” deyə cavab verdim. Mən əvvəlcə zarafat etdiyini zənn etdim, amma daha sonra boynumdan tutdu və mən əsəbləşərək onun burnunu sındırdım. Amma o ana qədər nəyə görə dalaşdığımızı anlamadım və mövzunun nə olduğunu sonradan Aslıhandan öyrəndim. Eşitdiklərim qarşısından şoka düşmüşdüm. Dərhal xəstəxanaya getdim və yanımda silah da vardı. Mən heç kimin həyat yoldaşına və qızına baxmaram. Berkaya da “əgər deyilənlərə inanırsansa, al vur məni” dedim. Xəstəxanada yanlış anlaşılma oldu deyərək halallaşdıq. Etdiyim səhv idi, cəzamı da alacağam”.

 

Aslıhan Doğan da baş verən qalmaqal ilə bağlı açıqlama verərək həyat yoldaşı Arda Turana dəstək olub:

 

“Yaşananlardan sonra kamilləşən bir insan, ailənin nə olduğunu bilən yaxşı övlad, güclü olan bir qadın və ən vacibi ana olmağa namizəd kimi bu açıqlamanı yazıram. Münasibətimin ilk günündən evliliyimin bu anına kimi qarşıma axmaq şeylər təqdim etdilər. Fərqli məqsədlərə xidmət edən, bəzi sosial platformalarda tənqid edərkən özünü haqlı görən və təəssüf ki, neqativlə bəslənən, həzm olunmayan insanlarla qarşılaşdım. Səbrimi çox yoxladılar, amma onlara istədiklərini vermədim. Bu gün də verməyəcəm. Allahın icazəsi ilə oğlumu qucağıma alacam. Yazılan hər hansı bir şeyin, 3-cü şəxsin mənə və ailəmə zərər veriləcək gücdə olmadığını bilməyinizi istərdim”.

Sizə maraqlı ola bilər