Arda Turana 2.8 illik HƏBS ŞOKU

13:42

11 Sentyabr

lady gaga

Ötən il müğənni Berkay Şahinin burnunu qırdığı üçün məhkəməlik olan futbolçu Arda Turan 2.8 il həbs cəzası alıb.

 

Primetime.az xəbər verir ki, futbolçuya qəsdən yaralama və sənədsiz silah daşıma cinayətinə görə cəza verilib. Belə ki, məhkəmə Turanın cinsi istismar cinayətinə görə sərbəst buraxılmasına, lakin sənədsiz silah daşımağa görə 10 ay, qorxu yaradacaq şəkildə silahla atəş açmağa görə 10 ay və qəsdən adam yaralamağa görə isə 1 il 15 gün olmaqla ümumilikdə 2 il 8 ay 15 gün azadlıqdan məhrum edilməsinə qərar verib. Lakin Turanın daha öncə heç bir cinayətə görə həbs edilməyini qeyd edən məhkəmə futbolçuya şərti cəza verib. Yəni ki, Arda Turan növbəti illər ərzində hər hansı bir cinayətdə ittiham olunsa, həmin cəzanın üzərinə 2.8 il 15 gün də əlavə olunacaq.

 

Bu barədə açıqlama verən B. Şahin “Ne lazımdırsa, onu gözləyirik. Biz ilk gündən bəri üzr gözləyirik. Mən neçə il davam edərsə, hər məhkəməyə gələcəyəm” deyib.

 

Qərardan sonra “2. Sayfa” proqramına danışan A. Turan “Belə bir işin içində olmadığım üçün çox xoşbəxtəm. Bunun üçün də bütün riskləri gözə aldım. Həbs cəzası almaq üçün dediklərimin üstündə durdum. Türkiyənin gəlmiş keçmiş ən yüksək təzminatını istəyəcəm” – deyə qeyd edib.

 

Xatırladaq ki, A. Turan əyləndiyi məkanda B. Şahinin həyat yoldaşına “necə gözəlsən, evli olmasaydım səni əldən buraxmazdım” deyib. Bu sözləri eşidən Berkay Turana “həyat yoldaşımı evə ötürüb qayıdacam. Kişi kimi danışacağıq” – deyə cavab verib. Yaranan mübahisə əsnasında isə Turan Şahinin burnunu qırıb. Futbolçu daha sonra Berkayın olduğu xəstəxanaya gedərək silahla atəş açıb.

Sizə maraqlı ola bilər