Arif Babayev bu gün qəzada həlak olan tələbəsindən danışdı

16:12

1 Avqust

lady gaga

2015-ci ildə təşkil edilən “Televiziya Muğam Müsabiqəsi”nin finalçıları Miriyusif Mirizadə (29) və Novruz Hüseynovun (28) Ağcabədi-Bərdə yolunda qəzaya düşərək həlak oldublar.

Faciəvi şəkildə dünyasını dəyişən muğam ifaçıları xalq artisti Arif Babayevin tələbələri olub.

Hadisə ilə bağlı danışan A.Babayev hadisədən xəbərsiz olduğunu deyib:

“Hazırda Qaxda istirahət edirəm, vallah, bu xəbəri sizdən eşidirəm. Bəli, o uşaqlardan biri Miriyusif Mirizadə mənim tələbəm olub. Çox gözəl səsli, tərbiyəli oğlandır. Allah eləsin xəbər yalan olsun. Telefonu da məndə yoxdur ki, əlaqə saxlayım. Ancaq indi araşdıracam.”

//metbuat.az

 

Sizə maraqlı ola bilər