Ata Buşa qarşı iddia: “Foto çəkdirən zaman əli ilə…”

15:31

14 Noyabr

lady gaga

Rosiln Corrigan adlı qadınABŞ prezidenti ilə bağlı maraqlı iddia səsləndirib.

Belə ki, o, 16 yaşındaykən ata Buşun ona foto çəkdirən zaman seksual xarakterli hərəkət etdiyini bildirib.

Corrigan hadisənin Texasda CİA-nın əməkdaşlarının iştirak etdiyi tədbirdə baş verdiyini açıqlayıb. Qadının sözlərinə görə, anası ilə ata Buşla foto çəkdirən zaman əli ilə onun ayaqlarını sıxıb:

“Mən çox qorxmuşdum. Fotoya da təəccübüm və qorxum yansıyıb. Heç nə edə bilmədim. O zamanlar uşaq idim. Ona niyə orada reaksiya vermədiyim üçün məni qınayan insanlar var. Amma 16 yaşlı bir qız prezidentə nə deyə bilərdi ki?”.

Bu ittiham, ata Buşa qarşı yönəldilən altıncı cinsi təcavüz iddiasıdır. Sabiq ölkə başçısının sözçüsü iddiaları təsdiqləyib:

“Kiməsə zərər yetirmək məqsədi ilə etməyib. Bu hərəkətlərinə görə o, bütün qadınlardan üzr istəyir”.

Sizə maraqlı ola bilər