Ata-oğul arasında münaqişə oldu, boğazı kəsildi – Azərbaycanda

21:57

18 Mart

 Lənkəranda 19 yaşlı gəncin boğazı kəsilib.

 

lady gaga

Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 19 yaşlı gəncin boğaz nahiyəsindən kəsilərək xəsarət alması barədə məlumar verilib.

 

Lənkəran şəhər Zərifə Əliyeva küçəsi 78/10 mənzil 1 ünvanına gələn həkimlər Yaqubzadə Əli İlham oğluna ilkin tibbi yardım göstərdikdən sonra qanaxmanı dayandırmaq mümkün olub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Hazırda onun üzərində əməliyyat aparılır.

 

Hadisənin ehtiyatsızlıq üzündən baş verdiyi söylənilsə də, əldə etdiyimiz məlumata görə, hadisə ata-oğul arasında yaranan münaqişə səbəbindən baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

 

\\Report

Sizə maraqlı ola bilər