Qəribə ad günü təbriki – Atalarının nömrəsini reklam lövhəsinə yazdılar

12:35

14 Mart

lady gaga

ABŞ-ın Nyu-Cersi ştatında maraqlı hadisə baş verib. 

 

Primetime.az xəbər verir ki, Kris Ferri adlı şəxs oğullarının reklam lövhəsinə onun mobil telefonunun nömrəsini qoyub “Atamızın doğum gününü təbrik edin” mesajını yazmasından sonra minlərlə doğum günü təbriki alıb. Belə ki, Ferrini ilk təbrik mesajını Nik adlı birindən aldığını, daha sonra isə “doğum günümün yaxınlaşdığını haradan bilirsən?” sualına “reklam lövhəsində gördüm” cavabını alıb.

 

Reklam lövhəsini yol kənarında yerləşdirən Ferrinin Floridada yaşayan iki oğlu “atamıza unutmayacağı doğum günü yaşatmaq istəyirik” deyiblər. Ferri Filippin, Keniya, Lüksemburq, İrlandiya, Qvatemala, Nepal və Avstraliyadan təbrik mesajları aldığını deyib.

 

Kris Ferrinin oğulları isə gələn il daha böyük bir reklam lövhəsi icarəyə götürmək istədiklərini bildiriblər.

Sizə maraqlı ola bilər