“Anam evdən qaçdı, atam məni öldürmək istədi” – Kloun işləyən İsa – VİDEO

17:23

19 Mart

lady gaga

Bəzən ətrafdakı insanlar onlarla kobud rəftar edir. Onlara “yuxarıdan-aşağıya” baxırlar. Bu onların qəlbini qırsa da, incitsə də büruzə verməməyə çalışırlar.

 

Söhbət insanların xüsusi günlərinə dəvət olunan klounlardan gedir. “Peşəkarlar” layihəsinin növbəti qonağı da belə klounlardan biri İsa Cavadovdur.

 

İsa Cavadovun 20 yaşı var. Deyir ki, bu sənətə gələndə çox çətinliklər çəkib. Hətta ilk dəfə efirə çıxdığı gün anası evdən qaçıb. Səbəb isə atasının onun bu sənətinə qarşı olması və onları öldürməklə təhdid etməsi olub. Hazırda o ölkənin ən çox tədbirlərə dəvət olunan klounlarından biridir.

 

Primetime.az müsahibənin tam videosunu sizə təqdim edir:

 

Sizə maraqlı ola bilər