“Atamın mahnılarını oxumaq istəyənlər məndən icazə almalıdır” – Anar Nağılbazın oğlu

11:30

12 Fevral

lady gaga

Mərhum repçi Anar Nağılbazın birinci həyat yoldaşı Anjelika Cəbiyeva heç kəsin görmədiyi və oxumadığı bir məktub tapıb.

 

Primtime.az  xəbər verir ki,  “Show News” verilişində həmin məktub açılaraq, tamaşaçılara təqdim edilib. Anjelikanın sözlərinə görə, o günlərdir Anarı yuxusunda görür və çox narahatlıq keçirdiyindən onun əşyalarını məscidə vermək qərarına gəlib:

 

“Çox qarışıq yuxu idi. Dedi ki, tərpənə bilmirəm. Həm üzünü göstərirdi, həm də göstərmirdi. Fikirləşdim ki, bəlkə, paltarları qalıb evdə, ruhu inciyir. Ona görə Anarın əşyalarını məscidə verdim. Yaxşı olardı ki, ailəmiz dağılmayaydı. Özünə də demişdim ki, gün gələcək ailəmizi dağıdacaqlar, peşman olacaqsan. Anarın oğlunu ləkələmək istəyənlər bilsin ki, vaxt gələcək Anarın ətrafında fırlandıqları kimi Tamerlanın da ətrafına fırlanacaqlar. Qızım dedi ki, atam üçün darıxmışam. Dedim gedərik qəbri üstə, dedi, daşı yox, atamı görmək istəyirəm. Bizdən uzaq olsa belə bilirdim ki, ataları var”.

 

Anarın balaca oğlu Tamerlan atasını unuda bilmədiyini dilə gətirib:

 

“Atam yadıma düşür. Onun mahnılarını oxumaq istəyirəm. Mən atamın yeganə oğluyam. Əgər kimsə onun mahnılarını ifa etmək istəsə, məndən icazə almalıdır. Mən polis olmaq istəyirdim. Atam hər zaman məni dəstəkləyib, böyüyəndə idmançı polis olacağımı deyirdi”.

Sizə maraqlı ola bilər