Atasına görə qınanan Damla açdı ağzını, yumdu gözünü: “Ya ərləri qazanır, ya da kimlərinsə hesabına…”

22:18

13 Mart

Müğənni Damla atasının ölümündən bir neçə gün sonra toya getməsi ilə bağlı onu qınayanlara cavab verib.

 

lady gaga

İfaçı anasında icazə aldıqdan sonra toy məclislərinə getdiyini deyib. Damla onu tənqid edənlərlə bağlı sərt ifadələr işlədib:

 

“Görəsən, içinizdəki insanlığı kim öldürüb? Kənardan bir insanın həyatını müzakirə etmək, gərçəkləri bilmədən danışmaq, kiminsə könül yarasını qanatmaq sizin üçün bu qədərmi adi bir şeydir? Özünə, varlığına, ailəsinə hörmət etməyən dırnaq arası insancıqlar, siz mənim ata itkimi ələ salıb məni nə haqla qınaya bilərsiniz? Mən anamın icazəsi, halallığı ilə işimə davam etmişəm. Bunu dərk edə bilirsiniz? Məcburam. Aylar öncə yazılmış toylar, əmanət verilən behlər, öncədən təyin olunmuş konsert salonları, satılan biletlər, xaricə uçmaq üçün alınan təyyarə biletləri, komandamın aylıq maaşı, ailəmin yükü, oğlumun təhsili və daha yazmaq istəmədiyim bir çox şeylər… Bunların hesabatını kim ödəyəcək? Mən təkəm, arxasızam. O yazanların ağzı isti yerdədi. Ya ərləri qazanır, ya da kimlərinsə hesabına yaşayırlar. Siz nə haqla atamın məzarına dil uzadırsınız? Kimsiniz? Yazırsınız ki, atasının yasını saxlamır. Məndən çoxmu canınız yanır? Yazırsınız ki, kefdəsən, puldan gözün doymur, bütün günü toylardasan. Toy dediyiniz, ailə məclisidir. Mən klublarda, əlimdə içki masada görüntülənməmişəm axı. Ağzınıza nə gəlir, yazırsınız. Yoxsa hər həftə bir saç rəngindəyəm? Yoxsa atamdan sonra soyunmağa başlamışam? Nə dəyişib ki? Mən illərlə ürək xəstəsi olan atamın bütün çətinliyini tək çiynimdə daşımışam. Bir çox oğulun edə bilmədiyi yükü tək çəkmişəm. İnsana sağlığında dəyər verərlər. Onu sağ ikən heç bir sıxıntıda yaşatmamışam. Heç vaxt çətinlik çəkməyə qoymamışam. Təki hamı mənim kimi ailəsinin qədrini bilsin. Siz nə bilirsiniz ki, (bəziləri) içimdəki ağrı nədir? Utanın! Bilsəm ki, mən sussam atam geri dönəcək, illərlə səsimi belə çıxarmaram, vallahi. Allahınız olsun susun! Mənim acım mənim, itkim mənimdir”.

Sizə maraqlı ola bilər