Atasını itirən müğənni efirdə QƏHƏRLƏNDİ: “Onlar atamdan yadigar qaldı”

13:02

5 Dekabr

lady gaga

Oktyabrın 20-də atasını itirən Gülay Zeynallı ötən gün “5/5″in qonağı olub.

 

Primetime.az milli.az-a istinadla xəbər verir ki, xanım ifaçı efirdə ağır xəstəlikdən dünyasını dəyişən atası ilə bağlı danışarkən kövrəlib.

 

G.Zeynallı atasının övladlıq borcundan çıxdığını bildirib:

 

“Bacardığım qədər övladlıq borcumdan çıxmağa çalışdım. Mənim 6 bibim, bir əmim var. Allah onlara dəyməsin. Yadigarlar onlar qaldı. Allah bütün valideyinlərə can sağlığı versin”.

 

Aparıcı Zaur Kamal Gülayın bu açıqlamasından sonra “Eşitdiyimə görə valideynlərin ayrılmışdı”sözləri ilə müraciət edib.

 

Müğənni bu məlumatı təsdiq edib:

 

“Bir müddətdən sonra olmuşdu. Amma mənim elə ürəyə sahib olan anam var ki, ayrılsa da, bizi ondan uzaq salmadı. Atam ailə qurmuşdu. Övladı olmadı”.

Sizə maraqlı ola bilər