Avtobuslar kobud qayda pozuntusuna yol verir, sərnişinlərin həyatları üçün də təhlükə yaranır – VİDEO

21:30

18 Sentyabr

lady gaga

Bakıda bəzi avtobuslar sərnişinləri dayanacaqlarda düşürüb-mindirmədikləri üçün yollarda tixac əmələ gəlir. Üstəlik, sərnişinlərin həyatları üçün də təhlükə yaranır.

 

Belə yerlərdən biri paytaxtın Yasamal rayonunda, Şərifzadə və Məhəmməd Xiyabani küçələrinin kəsişməsidir. Buradan üzü Yeni Yasamal istiqamətində hərəkət edən avtobusların əksəriyyəti kobud qayda pozuntusuna yol verir. Nəticədə həmin ərazidə, xüsusilə günün pik saatlarında tıxac yaranır. Bundan ən çox əziyyət çəkənlər isə minik avtomobillərinin sürücüləridir.

 

Dayanacaq olmayan ərazidə avtobusdan düşən piyadaların təhlükəsizliyi də bu yerdə sual altında qalır. Çünki avtobusa minib-düşən sərnişinlər dərhal yolu keçməyə cəhd edirlər.

 

Qeyd edək ki, sözügedən ərazidən 5 ayrı xəttə aid marşrut avtobusu hərəkət edir. Əlaqə saxladığımız daşıyıcı şirkətlərin nümayəndələri problemin dayanacacağın yerinin düzgün seçilməməsindən qaynaqlandığını deyir. Marşrut sürücüləri də bildirirlər ki, Şərifzadə küçəsindəki dayanacağın yol kəsişməsinə yaxın olması onların işini çətinə salıb. Çünki həmin dayanacaqda dayandıqdan sonra yolun sol zolağına keçmək qəza şəraiti yaradır. Buna görə də sürücülər məcbur qalıb həmin dayanacaqda saxlamırlar.

 

Elə sərnişinlər də Məhəmməd Xiyabani küçəsində dayanacağa ehtiyac olduğunu bildirdilər.

 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirdi ki, agentliyin əməkdaşları ən qısa zamanda ərazidə araşdırma aparacaq və problemin aradan qaldırılması istiqamətində işlər görəcək.

 

\\Xezerxeber

Sizə maraqlı ola bilər