Avtovağzal yaxınlığında avtomobil maneəyə çırpıldı: 5 yaralı var

20:31

25 Sentyabr

lady gaga

Yevlax rayonunda yol qəzası baş verib.

 

Hadisə Yevlax şəhər Avtovağzalının yaxınlığında qeydə alınıb.

 

Belə ki, “Mercedes-Benz” markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

 

Nəticədə avtomobildə olan sərnişinlər – Tovuz rayon Bayramlı kənd sakini, 1966-cı il təvəllüdlü Bəxtiyar Mehralı oğlu Abdıyev, Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Kamala Nəcəfqulu qızı Əliyeva, Şəmkir rayon Şiştəpə kənd sakinləri – 1988-ci il təvəllüdlü Ceyhun İsaq oğlu Hüseynov və 1996-cı il təvəllüdlü Şahanə Araz qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Qəza zamanı xəsarət alan avtomobilin sürücüsü, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Elnur Dilqəm oğlu Qocayevin vəziyyətinin isə normal olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

\\Report

Sizə maraqlı ola bilər