Ayan: “Namus mini ətəkdə deyil, beyindədir”

14:03

14 Mart

lady gaga

Müğənni Ayan Babakişiyeva “Hər şey daxil” verilişində qonaq olub.

 

Primetime.az xəbər verir ki, sənətçi həmkarı Nadir Qafarzadə və musiqiçi Hüseyn Məhəmmədoğlunun xanım ifaçılar haqda dediyi təhqirlərə münasibət bildirib:

 

“Hüseynin iki qızı, Nadirin oğlu var. Heç kim bilmir övladı sabah nə olacaq, hansı yolla gedəcək. Müğənninin həyatı açıq ortadadır. Elə müğənni almaq lazımdır ki, gizli-saxlı nəyisə qalmır. Heç kim heç kimin özəlinə toxunmaq olmaz. Namus mini ətəkdə deyil, beyindədir. Nadir əsəbi olur yazır və sonra silir. Ürəyitəmiz insandır, hislərinə qapılır. Pis yol nəyə deyirlər? Müğənni kimlə görüşür yaxşı edir, əcəb edir.

 

O vaxtlar mənim adıma ləkələr yaxan İlhamə Quliyeva idi. Adımı çəkmirdi, nələr deyirdi. Axırda qayıtdım ki, məndən nə istəyirsiz? Onun kimi insan bir vaxtlar mənə nələrsə deyibsə, indi başqalarının deməsi “vız” gələr”.

 

Sizə maraqlı ola bilər