Ayan qəzaya düşən qardaşının xəstəxanadan görüntüsünü yaydı: “Kimin dost kimin düşmən olduğunu…” – FOTO

15:46

25 Avqust

lady gaga

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl azərbaycanlı müğənni Ayan Babakişiyevanın qardaşı Samir avtomobil qəzasına düşüb.

 

Primetime.az xəbər verir ki, xanım ifaçı hazırda Türkiyədə xəstəxanada yatan qardaşınn fotosunu yaymaqla yanaşı onun son durumu ilə bağlı açıqlama da verib:

 

“Dua edən hər kəsə, göydə Allah yerdə sizə sağ olun, var olun deyirəm. Hər gün 100-lərlə mesajlar, zənglər gəlir, qardaşım Samir üçün. Allah hər kəsdən razı olsun. Mən kimin dost kimin düşmən olduğunu gördüm. Narahat olub soruşan tanıdığım, tanımadıqlarım qardaşımın o avtomobildən çıxması bir möcüze oldu.

 

“Çanakkale 18 Mart Uygulama, Araştırma” xestexanasına da təşəkkürüm sonsuzdur, Mənə Samirimi bir daha görmə şansını verdikləri üçün.

 

Hələ ki vəziyyətimiz ortadır. Müalicələr davam edir. Çünkü nəfəs alma problemimiz var. Sizin dualarınızın sayəsində yaxşı olacaq”.

 

Xatırladaq ki, ailəsi ilə birlikdə Türkiyədə yaşay A. Babakişiyeva bu ayın 14-də qardaşının avtomobil qəzasına düşməsi ilə bağlı sosial şəbəkədə məlumat yaymışdı.

 

Sizə maraqlı ola bilər