“Ayıb olsun, 15 il mənə dəstək olmadınız” – Kənan MM-dən SƏRT MESAJ – VİDEO

18:59

9 Noyabr

lady gaga

“Qonararım burdakılardan yaxşıdır”.

 

Primetime.az  xəbər verir ki, bu sözləri rejissor, aktyor Kənan Mahmudov ARB TV-nin “Show News” proqramına danışarkən deyib.

 

Kənan MM onun uğruna sevinməyənlərə səslənib:

 

“Təbrik edib, paylaşmayanlara təəcübləndim. Amma eyni zamanda da sevindim. Ona görə sevindim ki, nə yaxşı mən onlar kimi deyiləm və heç vaxt da olmayacam. Demək istəyirəm ki, ey məni bəyənməyənlər, mən indi, sizi bəyənməyənlərin yanındayam. İndi ad çəkmirəm. Bizim kollqedandı. Paylaşanda bütün Azərbaycan biləcək ki, o, kimdir. Amma ayıb olsun. Orda məni azərbaycanlı kimi tanıyırlar. Məni tanımayan türklərin mənə verdiyi dəstəyi 15 il məni burada tanıyan insanlardan üzücü halda deyirəm ki, görmədim. Bu məni üzdü, incidim. Qonorar isə burdakılardan yaxşıdır”.

 

Sizə maraqlı ola bilər