“Aygün axırıncı əməliyyatını, Nadir dodağındakı süni geli gizlədib…” – Məşhurlar ifşa olundu

14:55

10 Avqust

lady gaga

“Xəzər TV”də aparıcı Tarix Əliyevin təqdimatında yayımlanan “Hər şey daxil” verilişində məşhurların uğurlu və uğursuz əməliyyatları müzakirə olunub. 

Mövzuya münasibət bildirmək üçün jurnalist Əfruzə Ağayeva telefon bağlantısına qoşulub.

Jurnalist əməliyyatını mediadan, tamaşaçılardan gizli saxlayan məşhurların adlarını açıqlayıb:

“Bilirəm ki, Məleykə Əsədova əməliyyat olunmuşdu, amma gizlədirdi. Aygün Kazımova da axırıncı əməliyyatını mediadan gizli saxlamışdı, amma bizə bu haqda xəstəxanadan məlumat gəlmişdi. Nadir Qafarzadənin dodağında süni gel var idi, çıxardıb. Əslində, normal bir şeylərdir, niyə gizlədirlər axı. Rəhim Rəhimli burnundan, Samir Bağırov dəfələrlə üzündən və bədənindən əməliyyatlar keçirib. “Elit star” Cəmilənin, Amaliya Pənahovanın və Ruhəngiz Allahverdiyevanın əməliyyatları isə uğursuzdur”.

Sizə maraqlı ola bilər