Aygün Səmədzadənin “Azərbaycan adına” möhtəşəm sənət gecəsindən FOTOLAR

12:05

11 İyun

lady gaga

Ötən gün xalq artisti, bəstəkar Aygün Səmədzadə “Azərbaycan adına” adlı  yaradıcılıq gecəsi keçirib.

Primetime.az xəbər verir ki, konsert  Yaşıl Teatrda baş tutub. Gecə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunub. Tanınmış ifaçılar və musiqiçilər, rəqs qrupları Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə çıxış ediblər. Bəstəkar konsert öncəsi öz təəsuratlarını jurnalistlər ilə bölüşüb:

“Bu gün mənim üçün çox məsuliyyətli bir gündür. Etdiyim işləri tək-tək yox, konsert halında göstərməkdən zövq duyan insanlardanam. Açıq havada konsert vermək özü bir başqa məsuliyyətdir. Əgər yağış yağarsa Eyyub Yaqubov çıxıb yağış mahnısını oxuyar (gülür). Gecədə əsasən vətən ilə bağlı musiqilərə yer vermişik. Burada ilk dəfə olaraq sözləri Əmin Abid Gültəkinə aid, musiqisi isə mənə məsus olan “İstiqlaliyyət marşı”nı təqdim edəcəyik

Özüm musiqişunas olduğum üçün konsertlərimi aparıcılara həvalə etməyi sevmirəm.  Çünki, onlar mənim yaradıcılığımdan mənim qədər xəbərdar ola bilməzlər. Amma bu dəfə səhnəni əməkdar artist Firdovsi Atakişiyev ilə bölüşəcəm”.

Tədbirdə Aygün Səmədazadənin dəvəti ilə türkiyəli müğənni Müşərrəf Akayda iştirak edib:

“Çox fərqli düşüncəyə malik bir insandır. Hər bir mahnıya qiymət verir. Çox sağ olsun ki, mənim dəvətimi qəbul edib, bu gün konsertimdə iştirak edir. Onun ifasında mənim mahnım da səslənəcək. “Ruhumuz qovuşacaq” adlı mahnının sözlərini Xanım İsmayılqızı yazıb. Türkiyədə isə “Əzab” adı ilə təqdim olunub. İnana bilmirdim ki, Müşərrəf xanım bu gün burada, bizimlədir.   Mənə özünə əziz olan bir hədiyyə də gətirib”.

Sərvər MEHTİYEV

FOTO: Kərim ABBASOV

Sizə maraqlı ola bilər