“Ayla” 2 milyonu ötdü – VİDEO

16:11

14 Noyabr

Türkiyənin Oskar mükafatına namizəd olan filmi “Ayla”nı 18 gündə 2 milyondan çox insan izləyib.

lady gaga

Filmin baş prodüseri Mustafa Uslu ekran işinin necə ərsəyə gəlməsindən danışıb:

“Hekayəni eşitdiyim andan etibarən rəsmən aşiq oldum, çox təsirləndim. Qız atası və keçmiş əsgər olmağım mənə daha da dərindən təsir etdi. Onsuz da mənim bundan sonra həyatımdakı missiya həqiqi həyat hekayələrini ekrana daşımaqdır”.

O, “Ayla”nın izlənmə sayından çox razı qaldığını bildirib:

“Filmin izlənmə sayından çox məmnunuq. Hər kəs bu filmi sanki bağrına basdı. Oskara ilk gündən iddialıyıq”.

Qeyd edək ki, baş prodüserliyini Mustafa Uslun, rejissorluğunu isə Can Ulqayın etdiyi filmdə Çetin Tekindor, İsmayıl Hacıoğlu, Taner Birsel, Ali Atay, Büşra Develi, Duyqu Yetiş, Altan Erkekli, Sinem Öztürk Uslu kimi aktyorlar yer alıb. Filmin musiqiləri isə Fahir Atakoğluna aiddir.

Filmdə Süleymanın müharibə meydanında tapdığı kiçik qızı canlandıran Kim Seol Koreyanın ən populyar uşaq aktrisalarından biridir.

“Oskar”da “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə namizəd göstərilən “Ayla”nın Akademiya tərəfindən müsabiqəyə layiq olub-olmadığı yanvar ayında məlum olacaq.

“Oskar” mükafatları 2018-ci ilin 23 yanvar tarixində açıqlanacaq.

Sizə maraqlı ola bilər