“Ayla” “Oskar” üçün məhkəməyə müraciət edir

13:34

13 Yanvar

lady gaga

Bu günə qədər 5 milyon 500 min nəfər tərəfindən izlənərək Türkiyənin “Oskar” namizədi filmləri arasında rekord qıran “Ayla”nın  prodüseri Mustafa Uslu məhkəməyə müraciət edəcək.

Tanınmış prodüser ABŞ-ın ən məşhur vəkillərindən biri ilə razılaşdığını və məsələni məhkəməyə qədər daşıyacağını açıqlayıb:

“Yalnız türk tamaşaçısı deyil, ABŞ da daxil olmaqla 27 ölkənin tamaşaçısı “Ayla”nı bəyəndi. Festivallarda üç salonda birdən göstərilən yeganə film oldu. Siyasi bir oyuna qurban getdiyimizi hesab edirəm. Komitə savaşlarda valideynlərini itirən uşaqların dramına biganə qala bilməz. “Ayla” dəyərləndirilsə “Oskar”ın ən böyük namizədi olar”.

 

Sizə maraqlı ola bilər