Aysel Əlizadə: “Heç kimin sevgilisin əlindən almamışam, avtomobilim də özümündür”

11:38

10 İyun

lady gaga

“ATV maqazin 10larla” verilişinin “Onlarla 3 dəqiqə” rubrikasının qonağı müğənni Aysel Əlizadə olub.

 

Primetime.az xəbər verir ki, o, aparıcı Ruslan Ağayevin 3 dəqiqə ərzində suallarını cavablandırıb:

 

“Özünü yekəxana aparan, “burada mənəm, Bağdadda kor xəlifə” deyənləri sevmirəm. Sevgi odur ki, qədrini biləsən. Döymək də olur. Zərif cinsin nümayəndələrinin üstündə gücünü sınayanlar olur. Ana olmaq haqda çox düşünürəm. O qədər aciz deyiləm kiminsə sevgilisini əlindən alım. Mənim sevgilimi əlimdən almasınlar, bəsimdir. Həyatım boyu kiminsə sevgilisini almaram, aciz qızların işidir. Bilib bilmədən danışılanlar incidir məni. İndiki zamanda ağ qara ləkə götürür”.

 

Aysel “Porsche” markalı avtomobilinin ona hədiyyə olması haqda xəbərlərə münasibət bildirib:

 

“Avtomobilimi özüm almışam, 7 ildir onu sürürəm. Özüm özümə hədiyyə etmişəm. Allah qismət etsin, daha yaxşısını edim”.

 

Qeyd edək ki, Turanə Nəcəfova adlı xanım “Səni axtarıram” verilişində “Yetim” ləqəbli biznesmen əri Elçinin Aysellə sevgili olduğunu iddia edib.

 

Sizə maraqlı ola bilər