“Aysellə ərim uşağımı mənə göstərmirlər” – VİDEO

10:53

15 Mart

lady gaga

“Bura çıxmağımı düzgün anlamayacaqsınız. Bura çıxmağa məcburam, həqiqətləri anladıram. Bir müğənni tərəfindən ailəm dağıdılıb. Sonuncu dəfə də qızım müğənni və ərimlə gedib, həmin vaxtdan uşağımı mənə göstərmirlər”. 

 

Primetime.az xəbər verir ki, bu sözləri 13 illik ailəsini müğənni Aysel Əlizadə tərəfindən dağıtdığını iddia edən Turanə Nəcəfova deyib. Əri  iş adamı Elçin Nəcəfovun Aysellə eşq yaşadığını və övladını ondan aldığını söyləyən qadın  videomüraciət ünvanlayıb:

 

“Ailəmin dağılma səbəbi o, müğənnidir – Aysel Əlizadədir. Bura məcbur, utanaraq gəlmişəm, istəməzdim belə olsun. Ancaq övladım üçün bura gəlmişəm. Övladıma qovuşmaq istəyirəm, onun mənə alıb verilməsi üçün gəldim. Mənim kimi müğənni tərəfindən yüzlərlə ailəsi dağılan xanımlar var. Onlara səslənirəm ki, utanmayın, gəlin siz də çıxın bura”.

 

Qeyd edək ki, Turanə “Səni axtarıram” verilişinə gələrək əri ilə Aysel Əlizadənin eşq yaşadığını idda edib. O, bildirib ki, ifaçının idarə etdiyi “Porsche” markalı avtomobili də ona əri alıb hədiyyə edib. Turanə iki qızı olduğunu, ərinin övladlarından birini götürüb, ona vermədiyini açıqlayıb.

Sizə maraqlı ola bilər