Aysel haqqında səslənən ittihamlarla bağlı MƏHKƏMƏYƏ üz tutdu: “Şərəf və ləyaqətimin…”

20:02

14 Mart

lady gaga

Son günlər haqqında şok ittihamlar ortaya atılan müğənni Aysel Əlizadə bu barədə açıqlama yayıb.

 

Primetime.az xəbər verir ki, şəxsi “İnstagram” hesabından məlumat paylaşan ifaçı məsələ ilə bağlı hüquq mühafizə orqanlarına və məhkəmələrə müraciətlər etdiyini deyib:

 

“Son vaxtlar barəmdə səslənən əsassız, həqiqətə uyğun olmayan və yalan fikirlərlə əlaqədar hüquq mühafizə orqanlarına və məhkəmələrə müraciətlər etməkdəyəm. Şərəf və ləyaqətimin alçalmasına yönələn əsassız fikir formalaşdıran, yəni məlumat mənbələri olan şəxslər qanun və məhkəmə qarşısında cavab verəcəklər. Dərhal televiziyadan və yayımlanan verilişlərdə barəmdə əsassız fikirlər səsləndirilməsinin dayandırılmasını tələb edirəm. Həmçinin təkzib verilməsini və üzr istənilməsini tələb edirəm. Xəbər portallarından xahişim odur ki, barəmdə nalayiq ifadələrin qeyd edilməsinin qarşısının alınması üçün əsassız xəbərləri yığışdırsınlar. Çünki bu məsələ hüquq müstəvisində öz həllini tapacaqdır”.

 

Müğənni ona dəstək olan insanlara da üz tutaraq bu sözləri deyib:

 

“Məndən açıqlama istəyən dəyərli məni sevən izləyicilərim, dostlarım, həmkarlarım, susmağıma səbəb bu idi. Bu üç gündür mənə görə çox narahat oldunuz. Çox sağ olun, var olun, nə yaxşı ki, varsınız. Üç gündür vətəndən kənarda olsam da, hər kəs məni yığdı. Və bu sözləri eşitmək nə gözldir ki, biz səninləyik. Sizi çox sevirəm və mənuğim üçün nə qədər narahat olduğunuzu hiss elətdirirsiniz. Siz də mənim üçün çox dəyədlisiniz. Məni bu olanlar ruhdan salmaz, əksinə daha da güclü oluram və sonunadək haqqımı tələb edəcəyəm. Kim nə etsə də, mənə qarşı qəlbimi qırarsa, qarğış etməyi sevmirəm. Həm də heç sevmirəm. Buna görə də kim haqlı, kim haqsız onu Allah bilir. Harda olursa olsun, kim nə deyirsə, nahaq yerə günahıma girərək mənimlə bağlı bilib-bilmədən fikir bildirirsə, o kəsləri Allaha borclandırıram. Öpürəm süzü”.

 

Qeyd edək ki, aparıcı Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinə çıxan Turanə adlı xanım keçmiş həyat yoldaşının Aysel Əlizadə ilə münasibətdə olduğunu bildirib. 13 illik ərini əlindən aldığını iddia edən qadın Ayselin dəfələrlə onun evində qonaq olduğunu söyləyib. Turanənin sözlərinə görə, ifaçının həyat yoldaşı ilə olan yazışmalarının da onda olduğunu qeyd edib. O bildirib ki, hətta Ayselin sürdüyü və mətbuatda bu haqda xəbəri çıxan “Porsche” avtomobilini də keçmiş əri müğənniyə hədiyyə edib.

 

Sizə maraqlı ola bilər