Aysellə bağlı şok iddialara Natavan da səssiz qalmadı: “Heyiflər olsun ki, bir çoxları sadəcə…”

19:42

15 Mart

lady gaga

Müğənni Natavan Həbibi son günlər gündəmdən düşməyən mövzü – həmkarı Aysel Əlizadə haqda yayılan şok iddialarla bağlı fikir bildirib.

 

Primetime.az xəbər verir ki, xanım ifaçı Ayselin adını çəkməsə də, yaşananlarla bağlı bu sözləri qeyd edib:

 

“Oxuduğum kimi: nələri yaddaşdan silmədi ki bu illər… Tamaşaçının indi dağ başına qaldırdığı starların (ulduz-red.), bir çoxları üçün kumir olanların elə yaşananlar, elə səhvlər və hərəkətləri unudulub ki… Söhbət heç tək bizim sənətçilərimizdən getmir, dünya ulduzlarının həyatlarında da çətin məqamlar yaşanıb, amma sonu nədir? Reklam və gündəmdən başqa bir şey deyil. İnsanlar 3-4 gün danışıb, yeni mövzu ortaya çıxana qədər vaxtlarını doldurub başını qatarlar sadəcə. Çünki hərənin öz dərdi, problemi və özəl həyatı var. Və təbii ki, səhvsiz insan yoxdur. Kimsə böyük danışmasın. Başqasının sirrini, özəlini açan hələ xeyir tapmayıb. İnsan özünü və uşaqlarını düşünsə, heç ağzını açmaz, amma heyiflər olsun ki, bir çoxları sadəcə danışmaq üçün danışır. Düşünmür, bunun bədəlinin nə qədər ağır olduğunu. Nəticədə, olan sənətçiyə və onun ailəsinə olur. Amma o da çətin olsa da, yenə unudulur. Demək istədiyim odur ki, hər bir halda çox da dərinə getməyin. Kimin günahı var, özü bilər”.

 

Müğənni sonda sosial şəbəkələrlə bağlı gileylənib: “Dedi-qodu və qalmaqalların əllindən İnstaqrama baxmaq olmur. Gülümsəyin, cənablar, gülümsəyin”.

 

Qeyd edək ki, aparıcı Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinə çıxan Turanə adlı xanım keçmiş həyat yoldaşının Aysel Əlizadə ilə münasibətdə olduğunu bildirib. 13 illik ərini əlindən aldığını iddia edən qadın Ayselin dəfələrlə onun evində qonaq olduğunu söyləyib. Turanənin sözlərinə görə, ifaçının həyat yoldaşı ilə olan yazışmalarının da onda olduğunu qeyd edib. Hətta Ayselin sürdüyü və mətbuatda bu haqda xəbəri çıxan “Porsche” avtomobilini də keçmiş əri müğənniyə hədiyyə edib.

Sizə maraqlı ola bilər