Azərbaycan ən aşağı balı Rusiyaya verdi

13:30

17 Aprel

lady gaga

Avropa ölkələrinin rəsmi OGAE (Organisation générale des Amateurs de l’Eurovision) klubları Lissabonda təşkil ediləcək “Eurovision” mahnı yarışmasının iştirakçıları üçün səslərini verməyə davam edir.

“Qafqazinfo”nun məlumatına görə, artıq OAGE-nin Azərbaycan üzrə klubu səsvermə nəticələrini açıqlayıb.

Azərbaycanın səsvermə nəticələri:

Bolqarıstan- 12 bal

Belçika-10 bal

Fransa-8 bal

Estoniya- 7 bal

İtaliya – 6 bal

İzrail- 5 bal

Kipr- 4 bal

Finlandiya- 3 bal

Avstrya- 2 bal

Rusiya- 1 bal

Bu məqamda bildirək ki, təşkilat hər il qonşu Rusiyaya yüksək bal versə də, bu il cəmi 1 xal verməklə kifayətlənib.

Qeyd edək ki, OGAE “Eurovision” müsabiqəsinin fan klub təşkilatıdır. Sözügedən klub 40-dan çox ölkədə fəaliyyət göstərir.

2007-ci ildən yaranan təşkilatda səsvermələr rəsmi müsabiqədə olduğu kimi aparılır, hər ölkə bəyəndiyi 10 mahnını 1-8, 10 və 12 xalla mükafatlandırır. Qaydalara əsasən, hər ölkə öz mahnısına səs verə bilməz.

//Qafqazinfo.az

Sizə maraqlı ola bilər