Azərbaycan daha bir ölkəyə xurma ixrac edəcək

12:42

11 Oktyabr

lady gaga

Azərbaycan Polşaya xurma ixrac etmək niyyətindədir.

 

Primetime.az  Report-a istinadən xəbər verir ki, bu barədə  Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Qədir Yusifov deyib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar aparılır.

 

“İndiyə qədər Azərbaycan MDB ölkələrindən Rusiya, Ukrayna və Qazaxıstana, eləcə də bir sıra ərəb ölkələrinə xurma ixrac edib. Xüsusilə son 1 ayda Rusiya və Ukrayna bazarınlarına davamlı şəkildə xurma ixracı həyata keçirilib. Son 2 ay üzrə isə ixracın həcmi 20 min ton təşkil edib”, – assosiasiya sədri əlavə edib.

Sizə maraqlı ola bilər