Azərbaycan “Formula 1” ilə bağladığı müqavilədən narazıdır. Sponsor problemi  – RƏSMİ AÇIQLAMA

17:13

13 Fevral

lady gaga

Azərbaycan F1 Qran-Prisinin təşkilatçısı Arif Rəhimov “Formula 1”lə bağladıqları müqavilədən narazı olduqlarını bildirib.

Promoter bu ilin aprel ayında keçiriləcək növbəti yarışdan sonra “Liberty Media” yeni müqavilə ilə bağlı danışıqlar aparacaqlarını vurğulayib:

“Yarışdan sonrakı üç ay ərzində “Formula 1”in sahiblərinə müqavilənin müddətini 2025-ci ilə qədər uzadıb uzatmayacağımızla bağlı konkret cavab verməliyik. Hamı bundan əvvəl bağladığımız müqavilə şərtlərinin qəbuledilməz olduğunu deyir və “Formula 1”in yeni rəhbərliyi də məncə, bunu çox yaxşı başa düşürlər.  Biz müxtəlif kommersiya şərtlərindən, sponsorluq hüquqlarından və yarış üçün ödədiyimiz qiymətlə bağlı danışırıq. Bütün bunlara baxmayaraq, həm bizim, həm də “Formula 1”in sahiblərinin yarışı burada davam etdirmək istədiyinə inanıram”-, deyə o, qeyd edib.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov isə   açıqlamasında F1 yarışlarına çəkilən ümumi xərcin 80 %-ni Azərbaycanın ödədiyini bildirib:

“F1 yarışmaları ərzində turistlərin sayı 30% artıb. Buna baxmayaraq şəhərin infrastrukturu həmin günlərdə tam gücü ilə fəaliyyət göstərir. Hələlik bizim reklam lövhələrimiz yoxdur, ona görə də sponsor cəlb edə bilmirik. Çünki bütün reklam stendləri F1-ə məxsusdur. Dövlətin bu oyunlara xərçlədiyi  pul,  ümumi məbləğin 80%-ni təşkil edir. Bilet satışından əldə edilən məbləğ isə ötən illərlə müqayisədə 30% artıb. Ancaq düşünürəm ki, Qran-Pri ölkə üçün yaxşı reklamdır”.

Məlumat üçün bildirək ki, “Formula 1” yarışları Azərbaycanda 2016-cı ildən etibarən keçirilməyə başlayıb. Bu il yarışlar 27-29 aprel tarixlərində keçiriləcək.

Sizə maraqlı ola bilər