Azərbaycan MDB-də ikinci yerə yüksəlir – Minimum əməkhaqqının səviyyəsinə görə – VİDEO

22:51

19 İyun

lady gaga

Azərbaycan MDB məkanında minimum əməkhaqqının səviyyəsinə görə ikinci yerə yüksələcək.

 

Primetime.az-ın “Xəzər Xəbər”ə istinadən məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının, eləcə də minimum əməkhaqqının artırılması ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan sosial ədalətin təmin olunmasına, əhali qrupları arasında gəlirlərin bölgüsünə görə Davos İqtisadi Forumunun hesabatlarında dünyada 1-ci yerdədir. Budəfəki sosial-inqilabi dəyişikliklər də sosial ədalətin daha da gücləndirilməsini təmin edəcək və ölkənin ilk yerdəki mövqeyini möhkəmləndirəcək.

 

Vüsal Qasımlı qeyd edib ki, müvafiq sərəncamlarla Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti də yüksələcək.

 

Vüsal Qasımlının sözlərinə görə, əməkhaqqı artımı iqtisadi artım tempinə uyğun həyata keçirilir. Bu da inflyasiya riskinin qarşısını alır.

 

Vüsal Qasımlının sözlərinə görə, bu ilin 4 ayı ərzində əhalinin nominal gəlirləri inflyasiyanı 2 dəfə üstələyib.

Sizə maraqlı ola bilər