“Azərbaycan muğamının şahzadəsi” Fransada konsert verəcək

12:29

14 Noyabr

Məşhur muğam ustası Qoçaq Əsgərovun fransız caz ustası Pyer de Treqomenlə birgə “MUĞHAM SOULS” albomum işıq üzü görüb.

 

 

lady gaga

Bu münasibətlə Parisdə konsert proqramı təşkil ediləcək.

Konsert Fransada Azərbaycanın Dostları Assosiasiyasının dəstəyi ilə 26 noyabr tarixində Parisin San-Jülyən-le-Povr kilsəsində baş tutacaq.

İtaliyada işıq üzü görən bu disk musiqi dünyasında əlamətdar hadisə olub. Albom caz musiqisi ilə YUNESKO-nun Qeyri maddi-mədəni irsi siyahısında yer almış, sufi ənənəsini özündə əks etdirən muğamın birgə uğurlu ifası ilə ərsəyə gəlib. Bu iki musiqi janrı bir-birinə linqvistik və emosional oxşarlıqlarla bağlıdır.

Qoçaq Əsgərov və Pyer de Treqomen muğamın və sərbəst, qeyri-kanonik üslubda ifa olunan melodik parçaların qərb melodiya çalarlari ilə uğurlu sintezini böyük ustalıqla başa gətiriblər.

Hər iki ifaçının kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov, pianoda Vasif Hüseynzadə müşayiət edəcəklər.

Qeyd edək ki, konsertdən öncə, sözügedən albomun Azərbaycanda təqdimatı nəzərdə tutulub. Tədbir Fransanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunacaq.

Xatırladaq ki, Q.Əsgərov “Shanghai World Music Festival-2014″də çıxışı zamanı onu “Azərbaycan muğamının şahzadəsi” kimi təqdim edilib.

Sizə maraqlı ola bilər