Azərbaycan Universiadada 5-ci medalını qazandı – FOTO

20:53

12 İyul

lady gaga

İtaliyanın Neapol şəhərində davam edən XXX Yay Universiadasında Azərbaycan 5-ci medalını qazanıb.

 

Primetime.az “Report”a istinadən xəbər verir ki, taekvondoçu Patimat Abakarova bürünc medala sahib olub.

 

53 kq çəki dərəcəsində mübarizə aparan Abakarova Çin (18:0), Rusiya (11:5) və Almaniyadan (5:2) olan rəqiblərini məğlub edərək yarımfinala vəsiqəni təmin edib. Lakin finala gedən yolda Cənubi Koreya təmsilçisj onun eçün keçilməz olub – 0:1.

 

Qeyd edək ki, daha əvvəl atlet Nazim Babayev 3 təkanla tullanma, idman gimnastı Marina Nekrasova dayaqla tullanma hərəkətində qızıl, cüdoçu Hidayət Heydərov (73 kq) fərdi mübarizədə gümüş, komandanın özü isə bürünc medala yiyələnib.

 

Sizə maraqlı ola bilər