Azərbaycan XİN Yaponiyanın yeni Xarici İşlər nazirini təbrik edib

18:08

12 Sentyabr

lady gaga

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Toşimitsu Moteqini Yaponiyanın Xarici İşlər naziri təyin olunması münasibətilə təbrik edib. 

 

Primetime.az xəbər verir ki, Azərbaycan XİN-in rəsmi “Twitter” səhifəsində yazılıb: “Toşimitsu Moteqini Yaponiyanın Xarici İşlər naziri təyin olunması münasibətilə ürəkdən təbrik edirik. Azərbaycan və Yaponiya arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün onunla çalışmağı səbirsizliklə gözləyirik”.

Sizə maraqlı ola bilər