Azərbaycana gələn turistlərin sayı açıqlandı – RƏSMİ

17:27

20 Noyabr

lady gaga

2018-ci ilin yanvar-oktyabr aylarında Asiya və Yaxın Şərq ölkələrindən Azərbaycana gələn turistlərin sayında böyük artım müşahidə olunur.

 

Dövlət Turizm Agentliyindən Primetime.az-a verilən məlumata görə, 2018-ci ilin yanvar-oktyabr aylarında Yaxın Şərq ölkələrindən gələn ziyarətçilərin sayı 330 min olub, bununla da ötən ilin eyni dövrü ilə müqayisədə 42 faiz artım baş verib.

 

Bu regiondan daha çox səyahətçi Səudiyyə Ərəbistanı, İsrail və Küveytdən gəlib.

 

Yanvar-oktyabr ayları ərzində Azərbaycana gələnlər arasında Rusiya vətəndaşları 752 min səyahətçi ilə birinci yeri tutur. Rusiyalı turistlərin sayı 2017-ci ilin eyni ayları ilə müqayisədə 3,3 faiz artaraq, Azərbaycana gələn bütün xarici vətəndaşların 31 faizini təşkil edib.

 

Bu dövrün statistikası ilə əlaqədar ən maraqlı fakt Hindistan və Pakistandan gələn səyahətçilərin sayının müvafiq olaraq 183 faiz və 149 faiz artmasıdır.

 

Bu ilin 10 ayı ərzində ölkəyə daxil olan səyahətçilərin ümumi artım tempi isə 6,1 faiz təşkil edib.

 

Nəticədə, turistlərin ümumi sayı 2,277 milyondan 2,416 milyona çatıb.

Sizə maraqlı ola bilər