Azərbaycanda ərzaq məhsullarının keyfiyyətini monitorinq etmək artıq telefonla mümkündür

22:51

15 Avqust

lady gaga

Azərbaycanda ərzaq məhsullarının keyfiyyətinin monitorinqi üçün mobil proqram işə salınıb.

 

Bu barədə “Neuron Technologies” şirkətinin rəhbəri İsmayıl Ələkbərov deyib.

 

“TUT” mobil proqramı Azərbaycan Ərzaq Təhlükəsizliyi Agentliyinin təşəbbüsüdür, “Neuron Technologies” isə mobil distributivin müəllifidir. “TUT” proqramı “Android” və “İOS” əməliyyat sistemləri ilə işləyən mobil qurğularda tam funksionaldır.

 

İ.Ələkbərovun sözlərinə görə, bu distributiv bütün ölkə ictimaiyyəti üçün ərzaq təhlükəsizliyi sahəsində texnoloji yenilikdir:

 

“Proqram vasitəsi ilə maarifləndirmə işi aparılır, agentliyin fəaliyyəti, qida rasionunda istifadəsi məsləhət görülməyən məhsullar və s. barədə bildirişlər göndərilir. Bundan başqa, istifadəçilər agentliyi marketlərdə xarab olmuş və ya müddəti keçmiş məhsulların şəklini çəkib göndərməklə xəbərdar edə bilər. Müraciət dərhal sistemə daxil olur və bununla bağlı zəruri tədbirlər həyata keçirilir”.

 

\\Trend

Sizə maraqlı ola bilər