Azərbaycanda bu günədək 3 milyon tondan çox taxıl yığılıb

23:43

23 İyul

lady gaga

Respublika ərazisində taxıl biçini davam edir.

 

Primetime.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib Bildirilib ki, iyulun 22-nə olan operativ məlumata əsasən, ölkə ərazisində 991792,3 hektar ərazidə taxıl biçini aparılıb, 337740 hektar ərazidə arpa, 654052,3 hektar ərazidə buğda biçini başa çatıb.

 

Bu günədək cəmi taxıl sahələrinin 97,6%-i biçilib. Ümumilikdə bu günədək ölkə üzrə 3116469 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,4 sentner təşkil edir.

 

Abşeron, Ağdam, Ağdaş, Ağsu, Ağstafa, Astara, Ağcabədi, Balakən, Bərdə, Biləsuvar, Beyləqan, Cəlilabad, Cəbrayıl, Füzuli, Naftalan, Hacıqabul, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Tərtər, Tovuz, Qax, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Ucar, Yevlax, Göyçay, Qəbələ, Siyəzən və Neftçalada taxıl biçini başa çatıb. Qobustan, Xaçmaz, Qusar, Oğuz və Şəki rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Qobustan ərazisində arpa əkilmiş 9382 hektar sahənin 9262 hektarı artıq biçilib, buğda əkilmiş 22258 hektar sahənin 20113 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 23,7 s/ha, buğda üzrə məhsuldarlıq 25,3 s/ha təşkil edir. Xaçmaz ərazisində arpa əkilmiş 5786 hektar sahə artıq biçilib, buğda əkilmiş 19223 hektar sahənin 19114 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 30,0 s/ha, buğda üzrə məhsuldarlıq 34,8 s/ha təşkil edir. Naxçıvan Muxtar Respublikasında, Şəmkir, Quba və Qusar rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib:

 

 

Rayon  Buğda  Arpa
Cəmi sahə, ha  Biçilib, ha  Məhsuldarlıq  Cəmi sahə, ha  Biçilib, ha  Məhsuldarlıq
Naxçıvan MR 24729 19659 24,4 8579 6973 29,3
Abşeron 307 307 14,6 761 741 12,5
Ağdam 12228 12228 39,0 2215 2215 35,5
Ağdaş 4273 4273 25,0 11630 11630 24,1
Ağcabədi 22503 22503 37,1 6672 6672 32,7
Ağsu 20400 20400 32,9 15955 15955 31,0
Balakən 1215 1215 28,0 458 458 28,7
Beyləqan 10666 10666 35,2 1765 1765 29,2
Bərdə 9041 9041 44,3 2601 2601 38,9
Biləsuvar 13557 13557 32,0 16456 16456 30,5
Cəbrayıl 2430 2430 35,0 550 550 30,5
Cəlilabad 54908 54908 37,1 4509 4509 35,2
Füzuli 28459 28459 31,7 8505 8505 29,0
Goranboy 8764 8210 31,0 13750 13750 29,0
Göyçay 8740 8740 30,0 6851 6851 30,5
Hacıqabul 25925 21615 19,3 11008 10358 30,3
Xaçmaz 19223 19114 34,8 5786 5786 30,0
İmişli 12716 12716 38,7 6322 6322 34,2
İsmayıllı 23200 23200 36,3 6173 6173 31,1
Kürdəmir 18120 18120 34,5 29926 29926 33,3
Qax 10934 10934 30,7 2881 2881 26,2
Qazax 8305 8305 37,8 4250 4250 25,7
Qəbələ 15790 15790 32,5 4400 4400 32,1
Qobustan 22258 20113 25,3 9382 9262 23,7
Quba 10525 10130 26,6 1973 1972 23,9
Qusar 18444 18443,5 27,8 7691 7691 28,0
Masallı 7496 7496 23,1 2786 2786 21,4
Neftçala 7982 7982 32,4 31595 31595 26,8
Oğuz 11969 11962 31,0 4118 4118 30,8
Saatlı 19044 19044 42,9 5822 5822 36,2
Sabirabad 15536 15536 41,1 9600 9600 37,7
Salyan 6817 6817 40,5 9917 9917 36,2
Samux 5941 5941 32,6 3682 3676 35,3
Siyəzən 3788 3788 29,2 2516 2516 27,4
Şamaxı 29630 26607 21,0 12172 11617 17,9
Şəki 46075,8 46075,8 33,7 21655 21655 34,2
Tərtər 7094 7094 41,5 3815 3815 33,7
Tovuz 13740 13740 33,0 1724 1724 26,4
Ucar 7390 7390 29,5 7716 7716 26,7
Yevlax 6631 6631 34,6 5083 5083 28,5
Zərdab 12986 12986 34,3 5730 5730 30,6

 

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.

Sizə maraqlı ola bilər