Azərbaycanda bu telekanala yeni rəhbər təyin olundu

19:00

14 Noyabr

CBC telekanalına yeni baş direktor təyin edilib.

 

lady gaga

Bu vəzifəyə Vüqar Xəlilov təyin olunub.

 

ATV telekanalının prezidenti, CBC TV-nin keçmiş baş direktoru Azər Xəlilov faktı təsdiqləyib.

 

Onun sözlərinə görə, bu gün CBC telekanalının təsisçisi, “SOCAR Media” İctimai Birliyinin sədri Xalik Məmmədov V. Xəlilovu kollektivə təqdim edib.

 

Qeyd edək ki, təcrübəli jurnalist Vüqar Xəlilov Azər Xəlilovun qardaşıdır.

 

V. Xəlilov “Radio Svoboda”da fəaliyyət göstərərkən 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıya daxil olması və qoşunların Bakıda törətdikləri vəhşiliklər barədə dünyaya xəbər verən jurnalistlərdən biri olub.

 

O, 1995-ci ildən 2009-cu ilə qədər BBC ümumdünya xidmətinin rus redaksiyasında çalışıb.

 

\\APA

 

Sizə maraqlı ola bilər