Azərbaycanda donuz qripi yoxdur – RƏSMİ

14:47

11 Yanvar

lady gaga

Azərbaycanda qripə yoluxma epidemik həddi keçərsə, Səhiyyə Nazirliyi ona qarşı mübarizə aparmaq iqtidarındadır.

 

Primetime.az Trend-ə idtinadən xəəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

 

Onun sözlərinə görə, müxtəlif KİV-lərdə Azərbaycanda donuz qripinin olması barədə məlumat yayılıb:

 

“Azərbaycanda donuz qripi yoxdur. Əhalidə xof yaratmaq olmaz. Qonşu ölkələrdə donuz qripinin olması elan edilib. Azərbaycanda donuz qripi kütləvi şəkildə yayılarsa, səhiyyə sistemi onun qarşısını ala bilər, tibb işçiləri onun qarşısını almaq iqtidarındadırlar”.

 

İ.Ağayev əlavə edib ki, ölkəyə donuz qripi ilə əlaqədar vaksinin gətirilməsi barədə məlumatlar düzgün deyil: “Qonşu Gürcüstanda H1N1 virusu yayılıb. Ancaq biz heç kimə qadağa qoya bilmərik ki, Azərbaycana gəlməyin və ya burdan getməyin. Gürcüstanda olan xəstələrin hamısı izoləedici şəraitdədirlər”.

Sizə maraqlı ola bilər