Azərbaycanda Hotellər Assosiasiyasının yaradılması planlaşdırılır – VİDEO

21:17

15 Avqust

lady gaga

Azərbaycanın turizm potensialının genişləndirilməsi istiqamətində işlər sürətlə davam etdirilir.

 

Bu məqsədlə Azərbaycanda Hotellər Assosiasiyasının yaradılması planlaşdırılır. Artıq bu istiqamətdə müəyyən addımlar atılıb.

 

Dövlət Turizm Agentliyinin rəsmisi Kənan Quluzadənin sözlərinə görə, assosiasiyanın yaradılması ilə Azərbaycan Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının üzvü ola bilər. Bu məsələnin müzakirə olunması məqsədilə sözügedən assosiasiyasının vitse-prezidenti Akos Niklay Azərbaycana gəlib.

 

Turizm üzrə ekspertlərin sözlərinə görə, bu təcrübə bir çox Avropa ölkələrində tətbiq olunur. Ekspert Rəhman Quliyev deyir ki, Azərbaycanın Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasına üzv qəbul olunması birmənalı olaraq turistlərə göstərilən xidmət keyfiyyətini yüksəldəcək və hotellərin məsuliyyətini xeyli artıracaq.

 

Rəhman Quliyev əlavə etdi ki, bu assosiasiyanın yaradılması ölkəyə gələn turistlərin sayını nəzərə çarpacaq dərəcədə artıracaq. Çünkü Azərbaycanın bu assosiasiyaya üzv qəbul olunması turistlər qarşısında bir növ təminat yaradacaq.

 

Qeyd edək ki, artıq Azərbaycanın Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasına üzv qəbul olunması üçün ilkin razılıq əldə olunub.

 

\\Xezerxeber

Sizə maraqlı ola bilər