Azərbaycanın milli parkında daha bir bəbir tapıldı – FOTO

18:35

11 Yanvar

lady gaga

Hirkan Milli Parkının ərazisində daha bir bəbir qeydə alınıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Primetime.az-a verilən məlumata görə, IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) ilə birgə Hirkan Milli Parkının ərazisində bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri növbəti monitorinq zamanı foto-tələlər vasitəsilə bəbirin fotoşəkilləri qeydə alınıb.

 

Qeyd edək ki, Hirkan Milli Parkının ərazisində bəbirlərin müntəzəm qeydə alınan şəkilləri bu növün Milli Park ərazisində davamlı olaraq yaşadığını bir daha sübuta yetirir.

 

Sizə maraqlı ola bilər